Yasamalda dava nəticəsində sürücü bıçaqlanıb

Yasamalda dava nəticəsində sürücü bıçaqlanıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
29 mart 2018 04:09
Yasamalda dava nəticəsində sürücü bıçaqlanıb

Bakı. 29 mart. REPORT.AZ/ Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Statistika dairəsi kimi tanınan ərazidə 1982-ci il təvəllüdlü Eyvazov Orxan Fərhad oğlu idarə etdiyi avtomobildən düşərək tanımadığı şəxslə əlbəyaxa dava edib və nəticədə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.

Orphus sistemi