Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi olub.
"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Quliyev Taleh Əli oğlu “Şamaxinka” adlanan ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin arxa hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.