Yasamalda 22 yaşlı gənc bıçaqlanıb

Yasamalda 22 yaşlı gənc bıçaqlanıb Yaralının vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb
Hadisə
12 May , 2017 02:57
Yasamalda 22 yaşlı gənc bıçaqlanıb
Courtesy İmage

Bakı. 12 may. REPORT.AZ/ Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Tbilisi prospektində 1995-ci il təvəllüdlü Əhmədov Mahir Əhməd oğlu naməlum şəxs və ya şəxslər tərəfindən iki bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdərəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi