Yasamalda 21 yaşlı gənc yol qəzasında xəsarət aldı

Yasamalda 21 yaşlı gənc yol qəzasında xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 İyun , 2021 03:36
Yasamalda 21 yaşlı gənc yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Əfəndizadə Fərid Natiq oğlunun idarə etdiyi motosiklet minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi