Yardımlıda yol qəzasında 53 yaşlı kişinin boynu sındı

Yardımlıda yol qəzasında 53 yaşlı kişinin boynu sındı Yardımlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
27 Mart , 2021 23:50
Yardımlıda yol qəzasında 53 yaşlı kişinin boynu sındı

Yardımlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yardımlı rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Xudiyev İsrafil Fərhad oğlu ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi