Yardımlıda meşəbəyinin meyiti dərədə tapılıb
Hadisə
- 19 avqust, 2020
- 08:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yardımlı rayonunda dərədə kişi meyiti tapılıb.
“Report”un Cənub Mərkəzinin məlumatına görə, Tahirli kənd sakini Təyyar Sərhadalı oğlu Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb.
Ailə üzvləri iki gün ərzində T.Məhərrəmovun qayıtmadığından narahat olduqlarında polis şöbəsinə məlumat veriblər.
Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub. Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
T.Məhərrəmovun üç ay əvvəl meşəbəyi təyin olunduğu bildirilir.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
19:27
ING: Azərbaycanda inflyasiya artımı pul-kredit siyasətini sərtləşdirə bilər
Maliyyə
19:17
CEV Çelenc Kuboku: "Ordu" 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb
Komanda
19:11
"Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstanın nümayəndələri görüşüb
Hərbi
19:07
AYNA: Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
İnfrastruktur
19:02
Bakıda ilk dəfə quraşdırılacaq "T" formalı işıqforlar 30-dan çox avtobusa şamil ediləcək
İnfrastruktur
19:01
Foto
Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Rusiyada bürünc medal qazanıb
Fərdi
18:56
Tom Berendsen: Niderlandın Kiyevdəki səfirliyinin binası zədələnib
Digər ölkələr
18:55
ING: Özəl investisiyalar Azərbaycan iqtisadiyyatının artımını sürətləndirəcək
Maliyyə
18:50
Tbilisidə partlayan binadan daha bir nəfərin meyiti çıxarılıb - Yenilənib-4
Region