Yardımlıda avtomobil dərəyə aşıb, xəsarət alan var

Yardımlıda avtomobil dərəyə aşıb, xəsarət alan var Yardımlı rayonunda qarlı hava şəraiti qəzaya səbəb olub.
Hadisə
11 Yanvar , 2023 05:54
Yardımlıda avtomobil dərəyə aşıb, xəsarət alan var

Yardımlı rayonunda qarlı hava şəraiti qəzaya səbəb olub.

"Report"un məlumatına görə, 1983-cü il təvəllüdlü Kərimov Yusif Səlimsan oğlu sürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi