​Yaponiyada baş vermiş torpaq sürüşməsi nəticəsində iki nəfər həlak olub

​Yaponiyada baş vermiş torpaq sürüşməsi nəticəsində iki nəfər həlak olub Daha üç nəfər itkin düşüb
Hadisə
21 İyun , 2016 04:47
​Yaponiyada baş vermiş torpaq sürüşməsi nəticəsində iki nəfər həlak olub

Bakı. 21 iyun. REPORT.AZ/ Yaponiyanın cənub-qərb Kumamota prefekturasında güclü yağışlarla əlaqədar baş vermiş daqşınlar və sürüşmələr nəticəsində ən azı iki nəfər həlak olub, üç nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu haqda "NHK" telekanalı məlumat yayıb.

Prefektura rəhbərliyi 38 mindən çox sakinə leysanlara görə təxliyyə edilməyi məsləhət görüb. Bəzi rayonlarda saata 100 millimetrə qədər yağıntı düşür. Proqnozlara görə, Yaponiyanın cənub-qərbində güclü yağışlar çərşənbəyə qədər davam edəcək.

Apreldə baş vermiş güclü zəlzələlər səbəbindən Kumamotoda indiyə qədər 6,5 min nəfər təxliyyə edilib. 

Zəlzələlərin yaratdığı dağıntılar və sürüşmələr nəticəsində bu bölgədə 49 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi