Yanacaqdoldurma məntəqəsinə saxta 100 manat verən şəxs saxlanılıb
- 17 dekabr, 2018
- 06:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 dekabr. REPORT.AZ/ Saxta pul təqdim etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə rayon ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən daxil olmuş müraciətdə “VAZ-21063” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində 1 ədəd 100 manatlıq əskinas təqdim etməsi, sonradan həmin pulun saxta olduğunun aşkar edilməsi bildirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulu təqdim etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ruslan Əsədullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.