ETSN: Yağıntılı hava şəraiti bölgələrdə davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub
Hadisə
- 11 may, 2019
- 04:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün səhər saat 8:00-ə olan məlumata əsasən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.
"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, ən çox yağıntı miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, habelə Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib.
Yağıntı digər bölgələrdə 1-8 mm olub. Paytaxtın bir sıra qəsəbələrində, o cümlədən Zabratda, Binədə 0,4 mm, Maştağada 1 mm, Bakıda 3 mm yağış qeydə alınıb. Saat 11-də yağıntının əksər rayonlarda kəsiləcəyi proqnozlaşdırılır.
Son xəbərlər
08:12
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:11
Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib
Digər ölkələr
08:03
Rubio: ABŞ-də baş verən texniki nasazlıqlar bir-biri ilə əlaqəli deyil
Digər ölkələr
07:48
Qızılın qiyməti 3 800 dollardan aşağı düşüb
Maliyyə
07:41
2028-ci ilin yayında Böyük Britaniyada polislərin məzuniyyətə çıxması qadağan ediləcək
Digər ölkələr
07:10
Monqolustanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti göstəriləcək
Xarici siyasət
06:34
Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb
İKT
06:03
ABŞ hərbçiləri İrana müddəti bitmiş raketlər atıb
Digər ölkələr
05:49
Rumıniyada güclü zəlzələ baş verib
Digər ölkələr