Xudatda Türkiyə vətəndaşı “TIR”la piyadanı vuraraq öldürüb

Xudatda Türkiyə vətəndaşı “TIR”la piyadanı vuraraq öldürüb Xudat şəhərində “TIR” piyadanı vuraraq öldürüb.
Hadisə
22 Oktyabr , 2023 22:12
Xudatda Türkiyə vətəndaşı “TIR”la piyadanı vuraraq öldürüb

Xudat şəhərində “TIR” piyadanı vuraraq öldürüb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xudat şəhərinin ərazisində baş verib.

Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi yük avtomobili piyada, Qusar rayonu Əniğoba kənd sakini, 1981-ci il təvəllüdlü Qocayev Hamlet Qədimulla oğlunu vurub.

Piyada müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi