Xudatda 80 yaşlı qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Xudatda 80 yaşlı qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib
Hadisə
22 Dekabr , 2016 11:02
Xudatda 80 yaşlı qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rafiq Şıxverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə Xudat şəhəri Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızını boğazını kəsərək qətlə yetirib. Hadisəni törədən R.Şıxverdiyev Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi