Xocəsən qəsəbəsindəki yanğın söndürülüb - YENİLƏNİB

Hadisə
  • 31 may, 2025
  • 00:45
Xocəsən qəsəbəsindəki yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.

Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.

2025-05-30 21:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Xocəsən qəsəbəsindəki yanğın söndürülüb - YENİLƏNİB

Son xəbərlər

Bütün Xəbər Lenti