Xocalıda minaya düşən ANAMA əməkdaşı ayağından amputasiya edilib - YENİLƏNİB-2

Hadisə
  • 10 sentyabr, 2026
  • 11:42
Xocalıda minaya düşən ANAMA əməkdaşı ayağından amputasiya edilib - YENİLƏNİB-2

Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) əməkdaşının sol aşıq baldır oynağı nahiyəsi amputasiya edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1990-cı il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

Hazırda əməliyyat icra olunur.

Müxbir: Sevil Seymur

Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşı - 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.

"Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir", - məlumatda vurğulanıb.

Müxbir: Sevil Seymur

Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan Anar Həsənov adlı şəxsin Xankəndi Şəhər Xəstəxanasına çatdırıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.