Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - SİYAHI

Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - SİYAHI Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir.
Hadisə
5274
31 Mart , 2022 10:23
Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - SİYAHI

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adlarını açıqlayıb.

Dövlət Komissiyasından "Report"a bildirilib ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir.

Bu istiqamətdə aparılan növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılan meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcəkdir.

"Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanan məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - Dövlət Komissiyasından bildirilib.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı

Soyadı, adı və atasının adı

Təvəllüdü

İtkin düşdüyü tarix

1

Abdullayev Əlibala Teyyub oğlu

27.02.1972

19.09.1992

2

Ağayev Arzu Nazir oğlu

16.12.1973

24.01.1993

3

Allahverdiyev Baba Müseyib oğlu

13.11.1971

28.10.1992

4

Allahverdiyev Əhməd Ənvər oğlu

30.04.1974

19.01.1993

5

Bağırov Baləddin Yusif oğlu

19.11.1972

18.09.1992

6

Basenşpiler Mixail Arifoviç

04.02.1963

19.09.1992

7

Baxışov Xəlil Salman oğlu

01.07.1965

28.09.1992

8

Bədirxanov Mehman Əhməd oğlu

27.02.1957

19.09.1992

9

Behbudov Əli Durmuşəli oğlu

01.06.1971

19.09.1992

10

Cəbrayılov İlham İbrahim oğlu

17.01.1973

19.09.1992

11

Cəfərov Mehman Əbdülrəhman oğlu

28.01.1968

20.01.1993

12

Cəfərov Sənan Vəli oğlu

05.08.1972

25.01.1993

13

Dadaşov İlham Adil oğlu

19.06.1973

19.09.1992

14

Eminov Mehman Bəhram oğlu

01.03.1974

25.01.1993

15

Eyvazov Məsud Eynulla oğlu

08.12.1972

19.09.1992

16

Əhmədov Faiz Mahmud oğlu

15.10.1956

20.01.1993

17

Əliməmmədov Vahid Zəbişah oğlu

07.11.1971

13.11.1992

18

Əliyev Hidayət Kamal oğlu

01.02.1973

27.10.1992

19

Əliyev İlqar Hidayət oğlu

01.12.1972

24.01.1993

20

Əmiraslanov Bəxtiyar Cahid oğlu

11.09.1971

29.10.1992

21

Əsgərov Bəxtiyar Ağabala oğlu 

25.01.1973

19.09.1992

22

Əzizov Pərviz Bayramqulu oğlu

18.12.1969

28.10.1992

23

Fərzəliyev Vidadi Molut oğlu

01.06.1962

25.01.1993

24

Həbibov Elnur Paşa oğlu

21.12.1973

26.01.1993

25

Həsənov Eldəniz İlyas oğlu

17.12.1969

01.01.1993

26

Hüseynov Cəsarət Binnət oğlu

01.11.1973

27.10.1992

27

Hüseynov Hüseyn Əhməd oğlu

21.06.1935

19.01.1993

28

Hüseynov Vüqar Cavanşir oğlu

31.05.1973

19.09.1992

29

Hüseynov Vüqar Tahir oğlu 

09.07.1973

25.01.1993

30

Hüseynov Xəqani Saleh oğlu 

10.06.1970

28.10.1992

31

İbadov Maarif Məhiş oğlu

18.05.1971

29.09.1992

32

İbrahimov Kərəm Hümbət oğlu 

05.05.1972

28.10.1992

33

İsmayılov Tahir İsa oğlu

19.01.1965

30.10.1992

34

İsrafilli Həsən Hüseyn oğlu

05.03.1958

18.06.1992

35

Kərimov Xaləddin Telman oğlu

09.11.1968

27.10.1992

36

Qəhrəmanov Vidadi İslam oğlu

30.03.1971

19.01.1993

37

Qəhrəmanov Qəhrəman Süleyman oğlu

05.03.1973

30.09.1992

38

Qubadov Vüqar Hicran oğlu

07.02.1973

19.09.1992

39

Qurbanov Natiq Mirzəli oğlu

16.02.1970

30.10.1992

40

Qurbanov Rasim Fikrət oğlu

19.12.1972

28.10.1992

41

Qurbanov Şaban Qulu oğlu

08.11.1972

28.10.1992

42

Məmmədov Elman Nurəddin oğlu

25.08.1970

11.02.1993

43

Məmmədov Faiz Kərim oğlu

14.09.1971

29.10.1992

44

Məmmədov İlqar Nuru oğlu

01.07.1961

26.01.1993

45

Məmmədov İlqar Şirzal oğlu

08.09.1971

19.09.1992

46

Məmmədov Mehman Tofiq oğlu

15.04.1972

19.09.1992

47

Məmmədov Pərviz Aşralı oğlu

04.05.1973

27.10.1992

48

Mənsimov Rüstəm İsrafil oğlu

01.07.1970

28.10.1992

49

Mirzəyev Araz Seyfəddin oğlu

28.07.1973

25.01.1993

50

Muxtarov Aydın Şaban oğlu

29.05.1974

24.01.1993

51

Namazov Pəhlivan Elman oğlu

29.12.1969

19.01.1993

52

Namazov Elçin Mahmud oğlu

13.09.1962

30.10.1992

53

Nyuneçkin Vladimir Anatolyeviç

03.02.1961

28.10.1992

54

Orucov Kamran Niyətulla oğlu

27.01.1974

19.09.1992

55

Ömərov Nizaməddin Məcid oğlu

09.10.1974

21.01.1993

56

Salmanov Sahib Salman oğlu

16.04.1973

28.10.1992

57

Səmədov Hümbət Əhəd oğlu

04.12.1966

13.06.1992

58

Svanidze Məhəmməd Fəzli oğlu

18.04.1974

22.01.1993

59

Şirinov Zahid Əsədulla oğlu

31.08.1971

20.09.1992

60

Tarverdipur Elşad Hüseyn oğlu

18.03.1971

28.10.1992

61

Təsəlliyev Aqil Böyükağa oğlu

02.02.1973

25.01.1993

62

Zeynalov Bədəl Babası oğlu

19.11.1973

25.01.1993

Son xəbərlər

Orphus sistemi