Xocahəsən qəsəbəsində piyadanı avtomobil vurub

Hadisə
  • 29 avqust, 2022
  • 02:41
Xocahəsən qəsəbəsində piyadanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xocahəsən qəsəbəsinə qeydə alınıb. Avtomobil yolu keçən 1985-ci il təvəllüdlü İbrahimov Elnur Ağayar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.