Xızının Upa kəndində 246 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızının Upa kəndində 246 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 396 500 kv.m ərazi yoxlanılıb
Hadisə
20 Dekabr , 2017 21:45
Xızının Upa kəndində 246 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 20-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən, Upa kəndi ərazisində otlaq sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 246 ədəd partlamamış hərbi sursat (PHS), 127 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 358 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 396 500 kv.m (39.65 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 100 gün ərzində 22 975 ədəd partlamamış hərbi sursat (PHS), 14 071 ədəd partlamış-yanmış sursat qalıqları və 83 070 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 74 366 978 kv.m (7 437 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi