Xızıda “Mercedes” “KamAZ”a çırpılıb: 1 ölü, 2 yaralı

Xızıda “Mercedes” “KamAZ”a çırpılıb: 1 ölü, 2 yaralı Xızı. 20 noyabr. REPORT.AZ/ Xızıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə
20 Noyabr , 2018 11:20
Xızıda “Mercedes” “KamAZ”a çırpılıb: 1 ölü, 2 yaralı
Report
0 : 00
0 : 00

Xızı. 20 noyabr. REPORT.AZ/ Xızıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bu barədə "Report"a DİN mətbuat xidmətinin Şimal regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, noyabrın Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Vüqar Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə Ş.Ələkbərov və sərnişinlərindən İsmayıllı rayon sakini Leyla Mustafazadə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi