Xızıda "Jiquli" "QAZel"ə çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Xızıda "Jiquli" "QAZel"ə çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
21 Oktyabr , 2019 23:30
Xızıda Jiquli QAZelə çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub


***22:43

Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xızı rayonunun Yaşma kəndi ərazisində baş verib.

"50-CC-997" dövlət nömrə nişanlı "VAZ-21-07" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən arxadan Fizuli rayon sakini Elbəyi Rzayevin idarə etdiyi "33-BD-890" dövlət nömrə nişanlı, "QAZel" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində "VAZ-21-07" markalı avtomobilin sürücüsü ağır xəsarətlər alıb.

Əraziyə DYP əməkdaşları gəlib.

Son xəbərlər

Orphus sistemi