Xızı. 4 iyul. REPORT.AZ/ İyulun 1-də Xəzər dənizinin Xızının Şurabad kəndi ərazisində batan şəxsin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, ölən şəxsin Şurabad kənd sakini Fazil Əmir oğlu Nəbiyev olduğu açıqlanıb.
O, dənizdə çimərkən batıb. Mərhumun meyiti dənizdən çıxarılıb və ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.