Xızıda 113 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 113 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 64 000 kv.m (6.40 ha) ərazi yoxlanılıb
Hadisə
17 Dekabr , 2017 18:44
Xızıda 113 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 17-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 113 ədəd partlamamış hərbi sursat (PHS), 220 ədəd partlamış-yanmış mərmi qalıqları və 349 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 64 000 kv.m (6.40 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 97 gün ərzində 22 287 ədəd partlamamış hərbi sursat (PHS), 13 284 ədəd partlamış-yanmış sursat qalıqları və 79 513 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 73 743 978 kv.m (7 374 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi