Xızı sakini qasıq nahiyəsindən bıçaqlanaraq öldürülüb

Xızı sakini qasıq nahiyəsindən bıçaqlanaraq öldürülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Oktyabr , 2017 11:05
Xızı sakini qasıq nahiyəsindən bıçaqlanaraq öldürülüb
Report

Xızı. 9 oktyabr. REPORT.AZ/ Xızı rayon sakini qətlə yetirilib.

“Report”un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Şuraabad qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 41 yaşlı Səfər Zamanov qasıq nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi