Xırdalanda orta yaşlı kafe müştərisi bıçaqlanıb

Xırdalanda orta yaşlı kafe müştərisi bıçaqlanıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
12 May , 2017 08:00
Xırdalanda orta yaşlı kafe müştərisi bıçaqlanıb

Bakı. 12 may. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident şəhər ərazisində yerləşən kafelərdən birinin müştəriləri arasında qeydə alınıb.

Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Məmmədov Zakir Sahib oğlu kafedə olan tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi