Xırdalanda maşın yol kənarındakı səkiyə çırpılıb, sürücü ölüb

Xırdalanda maşın yol kənarındakı səkiyə çırpılıb, sürücü ölüb Onun sıxılmış vəziyyətdə qalmış cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verilib
Hadisə
3 Dekabr , 2017 08:45
Xırdalanda maşın yol kənarındakı səkiyə çırpılıb, sürücü ölüb
Report

Bakı. 3 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi