Xırdalanda iki qardaş çoxsaylı bıçaq xəsarətləri alıb

Xırdalanda iki qardaş çoxsaylı bıçaq xəsarətləri alıb Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
1 Noyabr , 2020 22:33
Xırdalanda iki qardaş çoxsaylı bıçaq xəsarətləri alıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Mübahisə zəminində qardaşlar - 1998-ci il təvəllüdlü Vahabov Nicat Elşən oğlu və 1991-ci il təvəllüdlü Vahabov İntiqam Elşən oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralının bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi