Xırdalanda gənc oğlan dava zamanı bıçaqlanıb

Xırdalanda gənc oğlan dava zamanı bıçaqlanıb Hadisəni törədən şəxsin axtarışına başlanıb
Hadisə
6 Aprel , 2018 06:32
Xırdalanda gənc oğlan dava zamanı bıçaqlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1991-ci il təvəllüdlü Kərimli Dəyanət Qardaşxan oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib.

Dava zamanı o, bədəninin müxtəlif nahiyələrindən bıçaqlanıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi