Xırdalanda 400 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxunub

Xırdalanda 400 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxunub Bakı. 14 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Umudlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
14 Fevral , 2019 16:33
Xırdalanda 400 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxunub

Bakı. 14 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Umudlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Umudlu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C.Umudlu Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox şəxsə qarşı dələduzluq edib.

Həmin şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən ''Nursu Əmlak'' ofisinə gəliblər. Onlar həmin şirkətin müdiri C.Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə C.Umudlu vətəndaşların hamısına, ümumilikdə, 400 min manatdan çox ziyan vurub.

C.Umudlu əksər alıcını çağıraraq onların etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib.

Son xəbərlər

Orphus sistemi