Xırdalanda 18 yaşlı gənci dayısı döyüb

Hadisə
  • 23 oktyabr, 2019
  • 20:54
Xırdalanda 18 yaşlı gənci dayısı döyüb

Xırdalan şəhərində döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Zeynalov Rəvan İlqar oğlu dayısı tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sol almacıq və sol saidin sıyrılmış yaraları diaqnozu qoyulub.