​XİN: Nepalda zəlzələ nəticəsində azərbaycanlılar arasında xəsarət alan olmayıb

​XİN: Nepalda zəlzələ nəticəsində azərbaycanlılar arasında xəsarət alan olmayıb Azərbaycanın Hindistandakı səfirliyi vəziyyəti diqqətdə saxlayır
Hadisə
26 Aprel , 2015 11:08
​XİN: Nepalda zəlzələ nəticəsində azərbaycanlılar arasında xəsarət alan olmayıb

Bakı. 26 aprel. REPORT.AZ/ "Aprelin 25-də Nepalda baş verən güclü zəlzələ nəticəsində bu ölkədə yaşayan azərbaycanlılar arasında xəsarət alan olmayıb".

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, XİN-nin təlimatı əsasında Azərbaycanın Hindistandakı səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir.

"İlkin məlumata əsasən, Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır.

Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı səfirliyi vəziyyəti diqqətdə saxlayır", - deyə o bildirib. 

Son xəbərlər

Orphus sistemi