Xəzərdə batan balıqçılardan biri xilas edilib

Xəzərdə batan balıqçılardan biri xilas edilib Digər iki balıqçının axtarışları davam etdirilir
Hadisə
22 Dekabr , 2015 13:14
Xəzərdə batan balıqçılardan biri xilas edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Sumqayıtda üç balıqçının olduğu qayıq aşıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Mustafa Quliyev, Kotec qəsəbə sakini Bəndəli Əliyev və Şabran rayon sakini Salamat Qasımov balıq tutarkən qayıq aşıb.

B.Əliyevi digər balıqçılar xilas edib, M.Quliyevin və S.Qasımovun tapılması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi