Xəzər rayonunda avtomobil qadını vuraraq xəsarət yetirib

Xəzər rayonunda avtomobil qadını vuraraq xəsarət yetirib Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
191
26 May , 2021 03:45
Xəzər rayonunda avtomobil qadını vuraraq xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 1989-cu il təvəllüdlü Xalıqova Aygün Nazim qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ topuğun sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi