Xəzər rayonunda 34 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 14 aprel, 2023
  • 02:18
Xəzər rayonunda 34 yaşlı kişini avtomobil vurub

Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Əkbərov Rövşən Amil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.