Xətaidə taksi qəzaya düşüb, xəsarət alan var

Hadisə
  • 11 avqust, 2023
  • 02:48
Xətaidə taksi qəzaya düşüb, xəsarət alan var

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, taksi fəaliyyəti göstərən avtomobil hərəkətdə olarkən digər nəqliyyat vasitəsilə toqquşub.

Hadisə zamanı taksidə olan sərnişin, 1982-ci il təvəllüdlü Qafarova Aynurə Paşa qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti