Xətaidə 53 yaşlı qadın yol qəzasında xəsarət alıb

Hadisə
  • 31 may, 2023
  • 01:15
Xətaidə 53 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakının Xətai rayonunda 53 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Haqlı Züleyxa Vahid qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .