Xətaidə 41 yaşlı kişi ehtiyatsızlıq edərək xəsarət alıb

Hadisə
  • 03 fevral, 2020
  • 17:44
Xətaidə 41 yaşlı kişi ehtiyatsızlıq edərək xəsarət alıb
Foto: "Report"

Bakıda xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Qəhrəmanov Zabit Təzəxan oğlu yıxılaraq xəsarət alıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.