Xaçmazda ailə üzvlərini ölümlə hədələyən şəxs tutulub
Hadisə
- 01 sentyabr, 2014
- 09:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 sentyabr.REPORT.AZ/ Azərbaycanın Xaçmaz rayonunda ailə üzvlərini öldürmək hədəsi ilə onların üstünə silah çəkən şəxs saxlanılıb. Bu barədə Report-a Xaçmaz rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
Belə ki, rayonun Yaqub-oba kənd sakini Bihi Butayeva RPŞ-yə ərizə ilə müraciət edərək əri Cəbrayıl Butayevin onu və oğlu Rövşəni ov tüfəngi ilə öldürməklə hədələdiyini bildirib.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan C.Butayev saxlanılıb. Axtarış zamanı ondan müvafiq sənədləri olmayan ov tüfəngi də aşkar edilərək götürülüb. Hadisə ilə bağlı polis şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
15:48
"Bank Respublika" 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
Maliyyə
15:46
İlham Əliyev: Trans-Xəzər Fiber-Optik Kabel Xətti Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirir
Xarici siyasət
15:39
Foto
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Xarici siyasət
15:39
Misir AQEM-in Asiyada dialoq platforması kimi rolunun inkişaf etdirilməsinə çağırıb
Xarici siyasət
15:34
Nazir: Azərbaycanın AQEM-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlər BƏƏ-nin baxışları ilə üst-üstə düşür
Xarici siyasət
15:32
Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb
Media
15:30
Lavrov: "3+3" formatında növbəti görüşün Azərbaycanda keçirilməsi məqsədəuyğundur
Digər ölkələr
15:29
Pakistanda məktəb damının uçması nəticəsində 34 şagird həlak olub - yenilənib-2
Digər ölkələr
15:27
Lavrov: Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır
Digər ölkələr