Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb.
Hadisə
21 Mart , 2024 10:26
Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi