Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 22-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olu
Hadisə
23 Fevral , 2024 09:30
Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

İngilis versiyası Weapons found in Khankandi

Son xəbərlər

Orphus sistemi