Xankəndidə avtomat və dronlar tapılıb

Xankəndidə avtomat və dronlar tapılıb Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digə
Hadisə
1 Mart , 2024 10:07
Xankəndidə avtomat və dronlar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və dronlar aşkarlayıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi