Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.
Hadisə
8 Aprel , 2019 12:13
Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi