Xaçmazda dənizdə batan kişinin şəxsiyyəti məlum olub

Xaçmazda dənizdə batan kişinin şəxsiyyəti məlum olub Xaçmazda kişi dənizdə çimərkən batıb.
Hadisə
14 avqust 2021 15:15
Xaçmazda dənizdə batan kişinin şəxsiyyəti məlum olub

Xaçmazda dənizdə boğulan kişinin şəxsiyyəti müəyyənləşdirilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, onun rayona istirahət üçün gələn Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Əhməd Zeynal oğlu Rufullayev olduğu məlum olub.

Qeyd edək ki, hadisə İstisu qəsəbəsinin sahilində qeydə alınıb.

Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) və rayon prokurorluğunun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

18:09

Xaçmazda kişi dənizdə batıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə İstisu qəsəbəsinin sahilində qeydə alınıb.

Təxminən yaşı 50-55 olan kişinin meyiti sudan çıxarılıb, onun şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi