Xaçmazda sürücü piyadaları vuraraq qaçıb, ölən və yaralanan var

Hadisə
  • 15 iyun, 2020
  • 20:08
Xaçmazda sürücü piyadaları vuraraq qaçıb, ölən və yaralanan var

Xaçmazda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Muxtadır qəsəbəsi ərazisində baş verib.

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən Xaçmaz şəhəri sakini, 1961-ci il təvəllüdlü Seyidəliyev Nurməhəmməd Sabir oğlu və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Şahbazov İbrahim Arif oğlunu vurub. Nəticədə N.Seyidəliyev hadisə yerində ölüb, İ.Şahbazov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən sürücü qaçıb.

Faktla bağlı araşdırma aparılır.