Xaçmazda 3 il əvvəl itkin düşən ruhi-əsəb xəstəsi tapılmır - FOTO

Hadisə
  • 12 may, 2020
  • 11:57
Xaçmazda 3 il əvvəl itkin düşən ruhi-əsəb xəstəsi tapılmır - FOTO

Xaçmaz rayonunda itkin düşən şəxs axtarılır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 45 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Zaur Həmidovun əlamətləri belədir: boyu 172 sm., orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır.

Zaur Həmidov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

{{photo-small-left-3528a607-7a5c-44c4-b7be-98618aee20d1}}

44 filmi