DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, reyd zamanı alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı 70 sürücü saxlanılıb, 43 sürücü barəsində protokol tərtib edilib.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcək.