Xaçmazda qətl törədən şəxsin məhkəməsi başlayır

Xaçmazda qətl törədən şəxsin məhkəməsi başlayır Bu il aprelin 20-dəXaçmaz rayonu ərazisində rayon sakini, 1978-ci il təvəllüdlü Ceyhun Sadıqova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Xaçmaz rayon prokurorluğunda cinayət iş
Hadisə
28 Avqust , 2020 18:00
Xaçmazda qətl törədən şəxsin məhkəməsi başlayır

Bu il aprelin 20-də Xaçmaz rayonu ərazisində rayon sakini, 1978-ci il təvəllüdlü Ceyhun Sadıqova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə "Report"a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla Xaçmaz rayon sakini, 1973-cü il təvəllüdlü Kamran Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ceyhun Sadıqovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi