Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb

Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb Sentyabrın 3-də saat 1 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o,
Hadisə
3 Sentyabr , 2022 11:49
Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb

Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 3-ü saat 1 radələrində rayonun Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi