Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu  

Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu   Xaçmazda azyaşlı hovuzda çimərkən ehtiyatsızlıqdan boğulub.
Hadisə
7071
6 İyul , 2020 23:05
Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu  

Xaçmazda azyaşlı hovuzda çimərkən ehtiyatsızlıqdan boğulub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə İstisu qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 2018-ci il təvəllüdlü, Aylin Abbas qızı Allahverdili yaşayış evinin həyətindəki hovuzda çimərkən nəzarətsiz qaldığından boğularaq ölüb.

Azyaşlının yaxınları uşağın həyatını xilas etmək üçün Xudat Təcili Tibbi yardım Stansiyasına müraciət etsə də, həkimlər azyaşlının hadisə yerində öldüyünü müəyyənləşdiriblər.

Qeyd edək ki, azyaşlının atası Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.