Xaçmazda həmyerlisini bıçaqlayan gəncin cinayət işi üzrə istintaq başa çatıb

Hadisə
  • 21 dekabr, 2019
  • 07:27
Xaçmazda həmyerlisini bıçaqlayan gəncin cinayət işi üzrə istintaq başa çatıb

Xaçmaz rayonunda 20 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Əziz Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il sentyabrın 8-də Xaçmaz şəhərinin Alı Mustafayev küçəsində baş verib.

Aralarında yaranan şəxsi münaqişə zəminində Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Bəşirov Əziz Zahir oğlu 20 yaşlı Rzayev Nurlan Arif oğluna boğazından bıçaqla xəsarət yetirib. Onun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb. Yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Ə.Bəşirov şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

44 - Tezliklə