Xaçmazda “Fedya” ləqəbli narkotacir tutuldu

Xaçmazda “Fedya” ləqəbli narkotacir tutuldu Xaçmaz sakinində narkotik maddələr aşkarlanıb.
Hadisə
8 Sentyabr , 2020 09:34
Xaçmazda  “Fedya” ləqəbli narkotacir tutuldu
Fədai Həsənov
0 : 00
0 : 00

Xaçmaz sakinində narkotik maddələr aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan "Report"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Fedya” ləqəbi ilə tanınan Mürşüdoba kənd sakini Fədai Həsənov şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan torbada təmiz çəkisi 510 qram heroin, bir ədəd elektron tərəzi, eləcə də narkotik maddələrin satışından əldə etdiyi 780 manat pul maddi sübut kimi aşkarlanaraq götürülüb.  

Dindirilmə zamanı Fədai Həsənov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

Son xəbərlər

Orphus sistemi