Xaçmaz rayonunun Yergüc kəndində yaşadığı evdə meyiti tapılan şəxsin kimliyi məlum olub.
"Report"un Şimal bürosu xəbər verir ki, üzərində zorakılıq əlamətləri olan 1958-ci il təvəllüdlü Səfurə Əlişah qızı Balacayevanın meyiti yaşadığı evdə aşkarlanıb.
Onun baş nahiyəsindən vurularaq qətlə yetirildiyi ehtimal edilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
23:06
Xaçmazda evdə qadın meyiti aşkarlanıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb.
Meyiti aşkarlanan orta yaşlı qadının şəxsiyyəti müəyyənləşdirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.